Salyanda 25 yaşlı gənc özünü bıçaqlayıb

18:44 - 25 Aprel 2018 - HADİSƏ

Salyan rayonunda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Seydan kəndində baş verib.  Belə ki, kənd sakini, 25 yaşlı Seyidəli Mirvahid oğlu Miriyev bıçaq zərbələri aldığından Salyan Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb.  Məlumata görə, S.Miriyev atasına bir neçə dəfə Bakıya işləməyə getmək istədiyini bildirib. Buna razı olmayan atası təsərrüfatla məşqul olmağı ona məsləhət görüb və aralarında mübahisə yaranıb. Bundan sonra S.Miriyev özünə bir neçə bıçaq zərbəsi vurub və xəstəxanaya aparılarkən yolda keçinib. Qeyd edək ki, S.Miriyev ailəli olub, bir azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti