Ərdoğan: "Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm"

16:05 - 25 Aprel 2018 - Xəbər

"Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm".  Ucnoqta.az "Report“a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.  O deyib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib: "Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək".

Xəbər xətti