Balakəndə 62 yaşlı kişi özünü asıb
11:25 - 25 Aprel 2018 - HADİSƏ
Balakəndə 62 yaşlı kişi intihar edib.
Ucnoqta.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün saat 06:30 radələrində Balakən rayonu Püştətala kənd sakini, 1956-cı il təvəllüdlü Sabir Qurban oğlu Osmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Sabir Osmanovun istintaqa məlum olmayan səbəbdən intihar etməsi müəyyənləşib.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.