Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb

22:47 - 24 Aprel 2018 - HADİSƏ

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb. İlkin məlumata görə, həmkəndlilər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı bir nəfər çoxsaylı bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hər iki şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti