Şirvanda 14 yaşlı qızı maşın vurub

15:24 - 24 Aprel 2018 - HADİSƏ

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Şirvan sakini Əhmədzadə Leyla Vaqif qızını vurub.
Kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə zamanı yolda hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşmadan yayınmaq üçün manevr edəndə ağaca çırpılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti