Sumqayıtda qətl törədilib.
Ucnoqta.az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sücaət Əhməd oğlu Əsgərov “Nissan” markalı avtomobilində yaralı vəziyyətdə aşkar edilib. Təcilli olaraq xəstəxanaya çatdırılan S. Əsgərov orada dünyasını dəyişib.
S. Əsgərovun kimin tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.