Şimali Koreya bütün nüvə və raket sınaqlarının aparılmasını dayandırıb
11:22 - 21 Aprel 2018 - DÜNYA
KXDR lideri Kim Çen In Şimali Koreyada nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb.
"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. ..KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq", — deyə agentlik Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatını sitat gətirib.
Qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.