Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

10:38 - 20 Aprel 2018 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti