Yevlaxda qadına hədə-qorxu gələn şəxs saxlanılıb

12:18 - 18 Aprel 2018 - HADİSƏ

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti