Lökbatanda avtomobil 3 piyadanı vurub: biri öldü

14:05 - 17 Aprel 2018 - HADİSƏ

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti