Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.