Saatlıda bir nəfər kanalda boğulub

00:07 - 17 Aprel 2018 - HADİSƏ

Saatlı rayonunda suda boğulma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev Babək küçəsinin yaxınlığından keçən su kanalına düşərək boğulub.  Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti