Samux sakini ehtiyatsızlıqdan laqunda ilə ayağını kəsib
23:51 - 16 Aprel 2018 - HADİSƏ
Samux rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sərkər kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Azad Yəhya oğlu Həsənov laqundayla ağac kəsən zaman ehtiyatsızlıqdan ayağına xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.