Salyanda maşınla vurulan piyada ölüb

11:57 - 12 Aprel 2018 - HADİSƏ

Salyanda “Mercedes” yolu keçən piyadanı vurub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də saat 14.00 radələrində Salyan şəhərinin ərazisində Bakı şəhər sakini Zahid Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Fəqan İmaməliyevi vurub və piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti