Cəlilabadda ana doğuş zamanı ölüb
14:11 - 11 Aprel 2018 - HADİSƏ
Cəlilabad rayonunda ana dağuş zamanı ölüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Belə ki, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Yusubova Vəfa Ramazan qızı övladını dünyaya gətirdikdən sonra vəfat edib.
İlkin məlumata görə, qadının yaxınları onu xəstəxanaya gec gətiriblər.
Hazırda meyit Cəlilabad "morqunda" müayinə edilir.
Faktla bağlı araşdırma aparılır.