Abşeronda evdən pul və qızıl oğurlanıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində, yeni yaşayış massivində qeydə alınıb. Qəsəbə sakini Əfsanə Ağayevanın evinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 10 min manat dəyərində qızıl-zinət əşyaları və 1200 manat pul aparıblar.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Bunu bilən şəxs və şəxslər pəncərədən mənzilə daxil olublar. Hadisə barədə Abşeron rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.