Aprelin 7-də daxil olmuş məlumat əsasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindəki postda “VAZ-2107” markalı avtomobil saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı avtomobildən heroinə bənzər maddə aşkar edildiyindən sürücü, Biləsuvar rayon sakini Cavan Xıdırlı və sərnişini Elbir Həbiyev nəqliyyat vasitəsi ilə birgə Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.
Ekspertizaya təqdim olunan E.Həbiyevə məxsus həmin maddənin çəkisi 435 qram heroin olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.