Qubada kanalda batan iki nəfərin meyiti tapılıb
20:54 - 8 Aprel 2018 - HADİSƏ
Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. 1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.