Sabunçu xəstəxanasında yanğın olub
11:33 - 8 Aprel 2018 - HADİSƏ
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxananın təsərrüfat otağında 2 m² sahədə tibbi ləvazimat yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.