Gəncədə 19 yaşlı qız dərmandan zəhərlənib
10:24 - 7 Aprel 2018 - HADİSƏ
Gəncədə dərmandan zəhərlənmə olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1999-cu il təvəllüdlü İnci İbrahimova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 19 yaşlı qız müalicə məqsədi ilə həddən artıq dərman həbi qəbul etidiyi üçün zəhərlənib.