Tovuzda 4 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb
00:29 - 6 Aprel 2018 - HADİSƏ
Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.