Piyada xəstəxanaya yerləşdirilib
Bakıda İran vətəndaşı avtomobillə vurulub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb.
Tofiq Əsədovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən İran vərəndaşı, 1969-cu il təvəllüdlü Hossein Nejadı vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan 49 yaşlı piyada Bakı Slavyan Universitetinin tələbəsidir.