Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərlənib
00:39 - 4 Aprel 2018 - HADİSƏ
Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərlənib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Nərimankənd kənd sakini Nuranə Əli qızı Muradova kəskin hərarəti olduğundan hərarəti aşağı salmaq üçün dərman qəbul edib. Nəticədə N.Muradova zəhərlənib. O, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.