Onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Saleh Muradov və Rəşad Qurbanov olduqları müəyyən edilib
Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.
Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Saleh Muradov və Rəşad Qurbanov olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.