Ağdaşda körpə pilləkəndən yıxılaraq ölüb

10:34 - 30 Mart 2018 - HADİSƏ

O, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

 Ağdaş rayonunda körpə yıxılaraq ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndində baş verib.
Belə ki, həmin kəndin sakini yaşyarımlıq körpə, Mahmudova Nəzifə Coşqun qızı yaşadığı evdə pilləkəndən yıxılaraq boynu sınıb. O, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti