Cəlilabadda oğurluq etdikləri marketi yandırdılar

10:03 - 29 Mart 2018 - HADİSƏ

Cəlilabad rayonunda marketdən oğurluq edilib və sonra yandırılıb.  Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.  Belə ki, kənd sakini Bəxtiyar Musayevə məxsus ərzaq mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib və sonra izi itirmək məqsədi ilə mağaza yandırılıb. Mağaza sahibinin sözlərinə görə, ona 30-40 min manat dəyərində ziyan dəyib. Bu barədə polis şöbəsinə məlumat verilib. Faktla bağlı arşdırma aparılır. 

Xəbər xətti