Mingəçevir şəhərində 3 yaşlı körpə göldə boğularaq ölüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.
Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.