Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.