Bakıda 62 yaşlı qadının yanmış meyiti tapılıb

11:12 - 28 Mart 2018 - HADİSƏ

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində 1956-cı il təvəllüdlü Məmmədova Nina Viktorevnanın yanmış meyiti tapılıb. Məlum olub ki, daimi yaşayış yeri olmayan və küçələrdə gecələyən qadın içkili vəziyyətdə soyuqdan qorunmaq üçün ocaq qalayıb. O, daha sonra ocağın üzərinə yıxılıb. Paltarları alovlanan qadın hadisə yerində vəfat edib.

Hadisə yerindən bir neçə spirtli içki şüşəsi tapılıb. Ətrafda yaşayanlar ölən qadının heç kiminin olmadığını və küçələrdə səfil həyatı yaşadığını deyiblər.

Xəbər xətti