Bakıda məktəbdə dava: bir şagird bıçaqlanıb
09:22 - 28 Mart 2018 - HADİSƏ
Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.