Meyit aidiyyatı üzrə təhvil verilib
Tovuzda kanalın kənarında meyit tapılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kənd qəbiristanlığının yaxınlığında baş verib. Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Qurbanov Vilayət Kazım oğlunun meyiti kanalın yaxınlığında aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. V. Qurbanovun sərxoş vəziyyətdə kanala yıxılaraq boğulduğu ehtimal olunur.