İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib

11:20 - 27 Mart 2018 - HADİSƏ

İsmayıllı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhərinin S.Əsgərova küçəsindəki mənzillərdən birində yaşayan rayon sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Yaqut Əli qızı və onun qızı, 1984-cü il təvəllüdlü Hacıyeva Nuranə Məzahir qızı dəm qazından zəhərləndiyi üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti