Bakıda intihara cəhd hadisəsi baş verib

10:26 - 27 Mart 2018 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti