Qaxda 57 yaşlı kişi quyuya düşüb
11:03 - 26 Mart 2018 - HADİSƏ
Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan bildirilib ki, Ləqman Əhmədovun "Qax Taxıl" Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.apa