“Azərişıq” ASC-yə məxsus kabeli oğurlayan şəxs saxlanılıb
13:29 - 24 Mart 2018 - HADİSƏ
Martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.
Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.