Goranboyda avtobus piyadanı vurub
12:30 - 20 Mart 2018 - HADİSƏ
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.
Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.