İraqda terrorçular məscidi partladıblar

11:28 - 13 Mart 2018 - DÜNYA

İraqın Salah-əd-Din əyalətində terrorçular ötən gecə məscidi partladıblar.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, məscid binasına ciddi ziyan dəysə də, zərərçəkən yoxdur. 
 

Polis insidenti araşdırır. Yerli KİV-lər partlayışa görə İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığını yazır. 
 

Xatırladaq ki, 2014-cu ildə İŞİD terrorçuları ölkənin bir hissəsini işğal etmiş, Mosulu isə “xilafət”in paytaxtı elan etmişdilər. Lakin 2015-ci ildə İraq hökuməti beynəlxalq koalisiyanın yardımı ilə işğal edilmiş rayonların terrorçulardan azad edilməsi istiqamətində əməliyyata başlayıb. 2017-ci ilin dekabrında isə İraqın baş naziri ölkədə İŞİD üzərində tam qələbə çalındığını elan edib. 

Xəbər xətti