Daha Təhlükəsiz İnternet Günündə UNICEF uşaqları və onların rəqəmli əhatə dairəsini qorumaq üçün təcili tədbirlər görməyə çağırır
Hər gün 175 000-dən çox uşaq – hər yarım dəqiqədən bir yeni bir uşaq ilk dəfə olaraq onlayn mühitə daxil olur – UNICEF bu gün bildirmişdir. Azərbaycanda əhalinin ən azı üçdə birinin hazırda internetə çıxışı var və internet istifadəçilərinin yarıdan çoxu 16-24 yaşlarındadır. UNİSEF-in Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, rəqəmli mühitə çıxış həmin uşaqlara çoxsaylı fayda və imkanlar yaratsa da, onları zərərli materiallardan istifadə, cinsi istismar və zorakılıq, kiberhədələmə və şəxsi məlumatlardan sui-istifadə də daxil olmaqla, bir sıra risk və təhlükələrə də məruz qoyur - uşaq institutu xəbərdar edir.
UNICEF aşağıdakılar vasitəsilə uşaqları rəqəmli siyasətin mərkəzinə cəlb etmək məqsədilə, yeni təxirəsalınmaz tədbirlərə və hökumətlər, vətəndaş cəmiyyəti, BMT institutları və digər beynəlxalq uşaq təşkilatları və ən vacibi, özəl sektor arasında əməkdaşlığa çağırır.
1. Qlobal, regional və milli cavab tədbirlərinin koordinasiya edilməsi. Təhlükəsizlik prinsiplərini texnologiyaların layihələndirilməsinə daxil etmək və insan alverini, digər uşaq istismarı formalarını mümkünləşdirə və gizləyə biləcək rəqəmli texnologiyalara uyğunlaşmaq üçün həll variantları tapmaq üçün birgə işləmək məqsədilə, siyasət müəyyənləşdirən fiqurlar, hüquq-mühafizə orqanları və texnologiya sənayesi arasında əməkdaşlığı gücləndirməliyik.
2. Uşaqların şəxsi təhlükəsizliyinin qorunması. Uşaqların məlumatlarının qorunması və onlardan sui-istifadə edilməməsi, həmçinin həmin məlumatların şifrələnməsinə hörmətlə yanaşılması; onlayn olan uşaqlar haqqında məlumatların toplanması və istifadə edilməsi sahəsində beynəlxalq standartların tam tətbiqi; uşaqlara özlərini onların şəxsi həyatın təhlükəsizliyi ilə bağlı təhlükələrdən necə qorumalı olduqlarının öyrədilməsi üçün özəl sektor və hökumətin daha çox iradə nümayiş etdirməsinə ehtiyacımız var.
3. Onlayn mühitə daxil olan uşaqların bərabər istifadə və rəqəmli savadlılıq vasitəsilə gücləndirilməsi. Uşaqlara onlayn mühitdə məlumatları necə əldə etmək, fəaliyyətlə məşğul olmaq və təhlükəsiz qalmaq öyrədilməlidir. Bunu o cümlədən İKT platformaları və tədris proqramlarının hazırlanması; onlayn kitabxanaların dəstəklənməsi və dövlət kitabxanalarının rəqəmli bacarıqları tədris etmə potensialının artırılması; müəllimlərə rəqəmli texnologiya sahəsində təlim keçilməsinə investisiya qoyulması; uşaqlara onlayn təhlükələri və yanlış məlumatları necə anlamağın və özlərini onlardan necə qorumağın öyrədilməsi; rəqəmli vətəndaşlığın rəqəmli savadlılığa dair təlimatın əsas komponentlərindən birinə çevrilməsi məqsədilə hökumətlərlə texnoloqlar arasında daha geniş əməkdaşlıq vasitəsilə etmək lazımdır.
4. Özəl sektorun unikal rolunun gücləndirilməsi. Uşaqları onlayn mühitdə qoruyan və onlara faydalar təmin edən məlumatlara və şəxsi həyatın təhlükəsizliyinə dair ümumsənaye etik standartlarının yaradılması və gücləndirilməsinə, o cümlədən etik məhsulların inkişaf etdirilməsinə və uşaqlar üçün riskləri azaldan marketinqə təcili ehtiyac duyulur.
5. Onlayn mühitdə olan uşaqlar üçün istifadə, imkanlar və risklərə dair daha yaxşı təcrübələrə investisiya qoyulması. Uşaqların fərqli ehtiyac və hüquqlarını anlayan tənzimləyici baza və siyasət; rəqəmli dünyanın problemlərini aradan qaldırmaq üçün qlobal səviyyədə koordinasiyanı və bilik mübadiləsini gücləndirmək; uşaq təşkilatları ilə əməkdaşlığı sıxlaşdırmaq; siyasət müəyyənləşdirən fiqurları və qanunvericiləri daha sistemli şəkildə cəlb etmək üçün bu təcrübələri gücləndirə bilməyimizdən ötrü uşaqların onlayn mühitdən istifadəsinə və fəaliyyətlərinə dair daha yaxşı təcrübələrə ehtiyacımız var.
“Uşaq hər hansı bir istinada klikləyən zaman haradasa onun rəqəmli əhatə dairəsi yaranmağa başlayır ki, uşaqların yüksək maraqlarını nəzərə almağa əhəmiyyət verməyən şəxslər onu izləyə və potensial olaraq sui-istifadə edə bilərlər”- Şandi deyir. “Getdikcə daha kiçik yaşlı uşaqlar internetə qoşulduqları üçün onları onlayn mühitdə necə təhlükəsiz saxlamağa və onların rəqəmli əhatə dairəsini təmin etməyə dair ciddi müzakirə aparmağımız getdikcə daha qaçılmaz olur”.