Bakı Dəmiryolu Vağzalı fəaliyyətini bərpa edib - YENİLƏNİB

16:21 - 21 Dekabr 2017 - Xəbər

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 
Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər.
 
Vağzalın əməkdaşları da binaya buraxılıb.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.


Xəbər xətti