Ucnoqta.az
www.ucnoqta.az

Bakı Dəmiryolu Vağzalı fəaliyyətini bərpa edib - <font color=red><b>YENİLƏNİB</b></font>

16:21 - 21 Dekabr 2017 tarixində dərc olunub.

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 
Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər.
 
Vağzalın əməkdaşları da binaya buraxılıb.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.

Müəllif: