İsrail ordusu İranın nüvə proqramını və raket potensialını aradan qaldırmaq üçün uzunmüddətli əməliyyata hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu sözləri brifinqdə İsrail ordusunun rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib.
"Bizim İranda əlavə hədəflərimiz var. Biz plana uyğun olaraq hücumu inkişaf etdiririk və təhlükə aradan qaldırılana qədər uzunmüddətli əməliyyata hazırıq", - o deyib.