Yanan binaya görə daha bir nəfər cəzalandı

11:09 - 20 Dekabr 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevə cəza istənilib.
 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan dövlət ittihamçısı çıxış edərək M.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.

Xəbər xətti