Prezident İlham Əliyev Azərbaycan memarlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sərəncama əsasən, Abdullayev Tofiq Əli oğlu və Şəkixanov Tofiq Həmid oğluna Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.