DTX Mədəniyyət Mərkəzinin əməkdaşları mükafatlandırıldı - Prezident sərəncamı

10:01 - 20 Dekabr 2017 - Xəbər

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları ilə bağlı sərəncam imzalayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib.

Hüseynova Elmira Bahadur qızı

Əsədova Nailə Əsəd qızı

İsmayılov Zakir Xeyrulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Kərimova Elnurə Camal qızı və Tağıyeva Leylaya “Tərəqqi” medalı verilib.

Xəbər xətti