İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi də gözlənilir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gəlib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, səfərdə məqsəd dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə iştirak etməkdir.
İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi də gözlənilir.