Bakı Ağır Cinayətlər Məhkəməsində məhəllədə it gəzdirən qardaşları bıçaqlayan 1985-ci il təvəllüdlü Elşən Məlikova cəza istənilib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayvanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Məlikovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Elşən Məlikov yaşadığı məhəllədən keçən Elxan Əhmədov və Mahir Əhmədovla mübahisə edərək onları bıçaqlayıb. Səbəb isə Əhmədov qardaşlarının gəzdirdiyi itin yoldan keçən sakinlərə hürməsi olub.
Proses dekabrın 22-də davam etdiriləcək.