Təmirə bağlanan yolda sabah hərəkət bərpa olunacaq

15:58 - 19 Dekabr 2017 - Xəbər

Bakıda təmir olunan yolda işlər yekunlaşmaq üzrədir.
 

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
 

O, bildirib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsi (metronun Azadlq stansiyası) təmir olunur.
 

Təmir işlərinin sabah tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.
 

Qeyd edək ki, bundan bir neçə gün öncə Şövkət Məmmədova küçəsi əsaslı şəkildə təmir olunmuşdu.

Xəbər xətti