Ərdoğan məşhur müğənninin qızının nikah şahidi oldu
Müğənni Ahmet Özhanın qızı Fatma Özgül Ömər Faruk Albayraka ərə gedib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nikah şahidi prezident Rəcəb Tayyib Ərdoğala enerji və təbii sərvətlər naziri Berat Albayrak olub. Toyda siyasət və incəsənət aləminin tanınmış simaları qatılıb.