Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir - Qanunda dəyişiklik

12:40 - 19 Dekabr 2017 - Xəbər

Bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin statusu haqqında “qanuna dəyişiklik edilir.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

Xəbər xətti