Bakı Ağır Cinayətlər Məhkəməsində toyuq oğurlamaqda təqsirləndirilən Asəf Nəbiyevə hökm oxunub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə A.Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan Nəbiyev bu gün məhkəmə zalında həbs edilib.
A.Nəbiyev Xaçmazda Zaur Zeynalovun 231 manat olan 33 ədəd toyuğunu, Mübariz Seyidəliyevun velosipedini oğurlayıb. Bundan başqa da bir neçə yerdən oğurluq edib. A.Nəbiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.